“Xəzərdə baş verən təkanlar hər an paytaxt ərazisinə təsir edə bilər” – VİDEObackend

“Xəzərdə baş verən təkanlar hər an paytaxt ərazisinə təsir edə bilər” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün səhər saatlarında Lerik rayonu ərazisində maqnitudası 5 olan zəlzələ qeydə alınıb.

Editor.az Xəzər TV-yə istinadən bildirir ki, Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, ocağının dərinliyi 18 km olan təkan episentrdə 5 bala yaxın, ətraf rayonlarda – Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı və Cəlilabadda 4 bal, digər rayonlarda isə 3 bal gücündə hiss olunub.

Ərazidə yaşan sakinlər arasında zəlzələnin güclü olduğunu deyənlər də var, yüngül təkanlar hiss etdiyini deyənlər də.

Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bildirib ki, cənub zonasının bütün rayonlarında hiss olunan zəlzələ qorxulu deyil. Hətta baş verə biləcək ən güclü təkan elə bu gün səhər olan idi.

Qurban Yetirmişli onu da qeyd edib ki, ölkədə ciddi dağıntılara səbəb ola biləcək zəlzələ gözlənilmir.

Onun sözlərinə görə, Xəzər dənizində baş verən təkanlar hər an paytaxt ərazisinə təsir edə bilər. Lakin dənizdəki ocaqların da dərində yerləşməsi və şəhərdən uzaq məsafədə olması onu deməyə əsas verir ki, dağıdıcı fəsadlara səbəb ola biləcək zəlzələ gözlənilmir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: