Xidmət rəisi: “Türkiyəyə göndərilən yanğınsöndürənlərimizdən ciddi xəsarət alan yoxdur”backend

Xidmət rəisi: “Türkiyəyə göndərilən yanğınsöndürənlərimizdən ciddi xəsarət alan yoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyədə yanğınların söndürülməsində iştirak edən əməkdaşlarımız arasında ciddi xəsarət alan yoxdur”.

Bunu “Report”a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Füzuli Əsədov deyib.

O bildirib ki, sadəcə iki nəfər yüngül xəsarət alıb: “İki əməkdaşımızın yanğınların söndürülməsi zamanı ayağı burxulub. Onlara da lazımı köməklik göstərilib. Hazırda əməkdaşlarımız Türkiyədə yanğınların söndürülməsində fəal iştirak edirlər”.