Xilasedicilərimiz Hatayda tapdıqları qızıl-zinət əşyalarını yerli polisə təhvil veriblər – VİDEObackend

Xilasedicilərimiz Hatayda tapdıqları qızıl-zinət əşyalarını yerli polisə təhvil veriblər – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Hatay bölgəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri tərəfindən aparılan axtarış-xilasetmə əməliyyatları zamanı dağıntılar altından tapılan qızıl və zinət əşyaları yerli polisə təhvil verilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, FHN-in xilasediciləri Türkiyənin iki bölgəsində axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər.

Qeyd edək ki, Türkiyədə zəlzələdə həlak olanların sayı 41 min 20 nəfərə çatıb.