XİN başçısı: “Azərbaycan və Litva arasında siyasi dialoq intensivləşib”backend

XİN başçısı: “Azərbaycan və Litva arasında siyasi dialoq intensivləşib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın yeddinci iclası Azərbaycan və Litvanın ikitərəfli əlaqələrin genişləndirilməsində aşkar marağını bir daha təsdiq edəcək”.

“Report” xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Qabrielius Landsbergis mayın 8-də Vilnüsdə azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdən sonra keçirilən brifinqdə deyib.

Nazir tərəflərin iki ölkə arasında əməkdaşlığın mövcud səviyyəsini müsbət qiymətləndirdiklərini qeyd edib. Onun sözlərinə görə, xüsusilə, son bir neçə il ərzində Azərbaycan və Litva arasında siyasi dialoq xeyli intensivləşib.

“Biz bu ayın sonunda Prezident İlham Əliyevin Litvaya səfərini səbirsizliklə gözləyirik”, – Q.Landsbergis deyib.