XİN başçısının anqolalı həmkarı ilə görüşündə Qoşulmama Hərəkatı çərçivəsində fəaliyyət müzakirə olunubbackend

XİN başçısının anqolalı həmkarı ilə görüşündə Qoşulmama Hərəkatı çərçivəsində fəaliyyət müzakirə olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun anqolalı həmkarı Tete Antonio ilə görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri üzərində işin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Bu barədə Azərbaycanın baş diplomatı sosial şəbəkədə paylaşım edib.

“BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Anqolanın xarici işlər naziri Tete Antonio ilə görüşməkdən məmnun qaldım. Beynəlxalq təşkilatlar, xüsusilə də BMT və Qoşulmama Hərəkatı çərçivəsində fəaliyyətin hazırkı səviyyəsi məmnunluqla qeyd olunub, ikitərəfli əməkdaşlığın perspektivləri üzərində işin davam etdirilməsinin vacibliyi bir daha vurğulanıb”, – paylaşımda diqqətə çatdırılıb.