XİN-dən Ballıqaya qətliamı ilə bağlı çağırışbackend

XİN-dən Ballıqaya qətliamı ilə bağlı çağırış

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ballıqayadakı cinayətlərə hüquqi qiymət verilməlidir.

Milli.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin X hesabında paylaşım edilib.

“28 avqust – Goranboy rayonunun Ballıqaya kəndində Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlılara qarşı törədilmiş qətliamın 34-cü ildönümüdür. Ballıqayada həlak olan günahsız insanların xatirəsini dərin ehtiramla yad edir, törədilmiş insanlıq əleyhinə cinayətlərin hüquqi qiymət almasının və günahkarların ədalət qarşısında cavab verməsinin vacibliyini bir daha vurğulayırıq”, – paylaşımda qeyd olunub.