XİN-dən Fələstinə səfərlə bağlı vətəndaşlara XƏBƏRDARLIQbackend

XİN-dən Fələstinə səfərlə bağlı vətəndaşlara XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fələstin Dövlətinin yerləşdiyi regionda sürətlə dəyişən təhlükəsizlik vəziyyəti nəzərə alınaraq Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə Fələstin dövlətinə səfər etməmələri tövsiyə olunur”.

Editor.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hal-hazırda Fələstin dövlətində yaşayan və səfərdə olan Azərbaycan Respublikası vətəndaşlarının mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, əhalinin sıx toplaşdığı yerlərə getməmələri zəruridir.