XİN rəhbərlərinin “3+3” formatında növbəti görüşünün məkanı açıqlanıbbackend

XİN rəhbərlərinin “3+3” formatında növbəti görüşünün məkanı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarici işlər nazirlərinin “3+3” formatında növbəti görüşü yaxın vaxtlarda Türkiyədə keçiriləcək. Bu barədə Oxu.Az Ermənistan KİV-ə istinadən bildirir.

İranın Ermənistandakı səfiri Mehdi Sübhani xatırladıb ki, platformada iştirak edən xarici işlər nazirlərinin sonuncu iclası Tehranda keçirilib.

Xatırladaq ki, “3+3” qrupunun ilk iclası 2021-ci ilin dekabrında Moskvada beş ölkənin – Ermənistan, Rusiya, İran, Azərbaycan və Türkiyənin xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilib. Bu beş ölkənin nazirlərinin iştirakı ilə daha bir görüş 2023-cü ilin oktyabrında İranda keçirilib.