XİN rəhbərlərinin ilk telefon danışığı:”Brüssel görüşünün nəticələri artıq özünü göstərir”backend

XİN rəhbərlərinin ilk telefon danışığı:“Brüssel görüşünün nəticələri artıq özünü göstərir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Aprelin 11-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında  telefon danışığı baş tutub. Bu telefon danışığı Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və sabitliyin əldə olunması baxımından mühüm əhəmiyyət kəsb edir və Brüsseldə formalaşan sülh gündəliyinə uyğun olaraq hər iki dövlətin liderləri arasında əldə olunmuş razılaşmanın davamıdır”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Politoloq bildirib ki, aprelin 6-da Şarl Mişelin moderatorluğu ilə keçirilən görüşdə XİN rəhbərlərinə  sülh müqaviləsi hazırlanması ilə bağlı tapşırıq verilmişdi:

” Eyni zamanda, mühüm bir məsələ aprelin sonuna qədər Birgə Sərhəd Kommisiyasının çağırılmasıdır. Digər məsələlər isə humanitar aspektləri əhatə edir. Bu baxımdan proseslərin Azərbaycan və Ermənistan liderlərinin arasında keçirilmiş görüşdən sonra praktiki müstəviyə qədəm qoyması xüsusilə böyük əhəmiyyət kəsb edir. Danışıqlar Azərbaycan və Ermənistan əlaqələrinin normalaşmasının ilkin göstəriciləri kimi qiymətləndirilə bilər. Brüssel görüşünün mühüm siyasi nəticələrinin olduğunu artıq biz açıq şəkildə şahidi oluruq. Çünki həmin gündən ikitərəfli təmaslar davam etdirilir və bu təmaslar bölgə xalqlarının rifahına, təhlükəsizliyinin bərqərar olmasına xidmət edir. Sonrakı mərhələdə isə bir sıra ziddiyyətlərin və fikir ayrılıqlarının aradan qaldırılması və yekun sülh müqaviləsinin hazırlanması prosesi baş tutacaq”.

İ. Hüseynovun sözlərinə görə,  Ermənistana təqdim edilən beş maddəlik baza prinsipləri Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı və dövlətlərin siyasi müstəqilliyi ilə bağlı məsələləri əhatə edir:

” Bu baza prinsipləri artıq Ermənistan tərəfindən  demək olar ki, qəbul edilib. Proseslərin başlanğıcı nəqliyyat və kommunikasiya  xətlərinin açılması, sərhədlərin delimitasiyası sonrakı prosesdə isə demakrasiyasıdır. Eyni zamanda,  mühüm məsələlərdən biri birinci maddədə siyasi müstəqilliklə olan təkliflərdir. Ermənistan siyasi iradə nümayiş etdirməlidir. Çünki son illərdə ikili siyasətindən əl çəkməyən rəsmi İrəvan bununla öz siyasi rektorunu müəyyənləşdirməyə çalışırdı. Ötən dövrdə isə biz bu manevrlərin Ermənistan üçün acı nəticələr gətirdiyinin şahidi olduq. Bu baxımdan Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınması və beynəlxalq səviyyədə tanınmış sərhədlərimizə hörmətin nümayiş olunması fonunda sülh müqaviləsi imzalana bilər. Bunun üçün təbii ki, XİN rəhbərlərinə də böyük vəzifə düşür. Sülh müqaviləsinin hazırlanması və ölkə liderlərinə təqdim olunması işi nə qədər çətin, məsuliyyətli olsa da bir o qədər regionun təhlükəsizliyi baxımından öz aktuallığını qoruyur”.

//Gülnarə Abasova, Editor.az