Xırdalan şəhərinin 3 saylı məktəb-liseyində şagirdlərdən 40 manat pul yığılır? – AXI NİYƏbackend

Xırdalan şəhərinin 3 saylı məktəb-liseyində şagirdlərdən 40 manat pul yığılır? – AXI NİYƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni təhsil ilinin başlanması ilə məkəblərimizdə uzun illərdir ənənəvi problemə çevrilən şagirdlər müxtəlif adlar altında pul toplamaq prosesinə də “start” verilib. şagirdlərdən pul yığılan məktəblərdən biri də Xırdalan şəhərinin 3 saylı məktəb-liseyidir.

Bu barədə Qlobal.az-a verilən məlumatda qeyd edilir.

Məlumata görə məktəb-liseyin yuxarı siniflərində müəllimlərə hədiyyə adı alında şagirdlərdən 40 manat yığılır.

Vəsaitin “valideyn komitələri” tərəfindən toplandığı bildirilir.

Məktəb rəhbərliyinin şagirdlərdən pul yığılması barədə xəbərlərinin olub-olması barədə dəqiq məlumat yoxdur.

Qlobal.az məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsindən mövqe öyrənə bilməyib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2019-cu ilin yanvarında imzaladığı Sərəncamla bu təhsil müəssisəsinin 1176 şagird yerlik korpusu əsaslı təmir olunub və 1200 şagird yerlik yeni əlavə korpus inşa edilib.

2021-ci ilin fevral ayında Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva Xırdalanda 3 saylı məktəb-liseyin açılışında iştirak ediblər.

Xatırladaq ki, Xırdalan şəhərinin 3 saylı məktəb-liseyin direktoru Sevinc Məmmədəliyevadır.