Xırdalanda 15 yaşlı qız özünü binadan atdıbackend

Xırdalanda 15 yaşlı qız özünü binadan atdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron rayonunda intihar hadisəsi baş verib.

Editor.az “Report”a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.

2006-cı il təvəllüdlü N.Q. yaşadığı binadan özünü atıb.

Yaralı əvvəlcə Abşeron Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, lakin vəziyyəti ağır olduğundan 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Müayinə zamanı ona qabırğalar arası və ətrafların çox saylı sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.