Xırdalanda partlayış olub, dağıntılar altından iki nəfər çıxarılıb – YENİLƏNİB + VİDEObackend

Xırdalanda partlayış olub, dağıntılar altından iki nəfər çıxarılıb – YENİLƏNİB + VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron rayonunun Xırdalan şəhərində evdə partlayış baş verib. Hadisə Xırdalan şəhəri 27-ci məhəllədə qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyi (FHN) xəbər verir ki, partlayışdan sonra evdə yanğın başlayıb. Partlayışın gücündən yaxınlıqdakı çoxmərtəbəli binaların şüşələri sınıb.

Hadisə yerinə FHN əməkdaşları cəlb edilib.

İki nəfər dağıntılar altından çıxarılıb. Onlardan biri qadın, digəri isə uşaqdır. Dağıntılar altında digər şəxslərin də qaldığı ehtimal edilir.

Axtarış-xilasetmə işləri davam edir. Hadisənin səbəbləri barədə dəqiqləşdirmə aparılır.

19:05

Xırdalan şəhərində evdə partlayış baş verib.

Partlayış yanğına səbəb olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Dağıtılar altında qalanlar var.

Hələlik partlayışın baş vermə səbəbi haqqında heç bir məlumat yoxdur.