Xırdalanda qeyri-adi bir hadisə baş verib.
Ajans.az-ın verdiyi xəbər görə, şəhərin mərkəzi küçələrindən birində yerə uzanmış bir şəxsin qəfil qışqırmağa başlaması ətrafdakı insanların diqqətini çəkib. Hadisə yerində olan şahidlərin sözlərinə görə, həmin şəxsin vəziyyəti qəribə olub və onun narkotik vasitələrin təsiri altında olduğu ehtimal edilir.
Məlumata görə, hadisə əraziyə yaxın keçən sakinlərdə narahatlıq yaradıb.
Qeyd edək ki, hadisənin bir neçə gün öncə baş verdiyi bildirilir.