Xırdalanda yaşayış binasında yanğın: Sakinlər təxliyə edilir – YENİLƏNİB + FOTO/VİDEObackend

Xırdalanda yaşayış binasında yanğın: Sakinlər təxliyə edilir – YENİLƏNİB + FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AAAF Park yaşayış kompleksində partlayış baş verib.

APA xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.

AAAF Park Yaşayış Kompleksinə məxsus elektrik lövhəsində əvvəlcə tüstülənmə baş verib. Daha sonra partlayışla müşahidə edilən yanğın qeydə alınıb.

Yanğının qarşısı alınıb. Kompleksə müvəqqəti olaraq elektrik enerjisinin verilişi dayandırılıb. Hazırda yaşayış binalarında elektrik təchizatının bərpası istiqamətində iş aparılır.

23:29

Xırdalanda AAAF yaşayış kompleksində yanğın başlayıb.

FHN-nin yanğından mühafizə bölmələrinin əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunub.

Binada yaşayan sakinlərin təxliyəsinə başlanılıb.

Hadisə yerindən olan görüntüləri təqdim edirik: