Xızıda evlərdən oğurluq edən şəxs saxlanıldı – FOTObackend

Xızıda evlərdən oğurluq edən şəxs saxlanıldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xızı Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edən Bakı şəhər sakini, Xızı rayonunda ona məxsus evdən qapını sındırma yolu ilə oğurluq edilməsi barədə məlumat verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar Xızı RPŞ-nin əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirləri keçirilib və oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Xızı rayon sakini Xudayar Məmmədov saxlanılıb.

Həmin şəxsin zərərçəkmişə aid evə girərək qızıl-zinət əşyaları, müxtəlif növ məişət avadanlıqları, motorlu otbiçən aparat, kompüter prosessoru və s. oğurladığı müəyyən edilib.

Faktla bağlı Xızı RPŞ-də araşdırma aparılır.