Xocalı faciəsinin ildönümündə ermənilər Azərbaycanın Vaşinqtondakı səfirliyi qarşısında təxribat törətdilərbackend

Xocalı faciəsinin ildönümündə ermənilər Azərbaycanın Vaşinqtondakı səfirliyi qarşısında təxribat törətdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xocalı faciəsinin 31-ci ildönümündə ABŞ-dakı erməni diasporu Azərbaycanın Vaşinqtondakı səfirliyi qarşısında təxribat törədib.

Editor.az bildirir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim bildirib. Diplomat öz Twitter səhifəsində erməni diaspor nümayəndələrinin diplomatik missiyanın binasının yaxınlığında toplaşdığını yazıb: “Bu gün ermənilər Vaşinqtondakı səfirliyimizin qarşısında Xocalı soyqırımı zamanı müdafiəsiz azərbaycanlı uşaqların, qadınların və qocaların vəhşicəsinə qətlə yetirilməsini mahnılar oxumaqla qeyd edirlər. Bu necə mentalitetdir?!” – deyə səfir yazıb.

Qeyd edək ki, səfirlik əməkdaşları Amerika Konqresinin kitabxanasında toplanmış və dünya mətbuatında yayılan materialları afişalarda təqdim ediblər

  //Samir Qurbanov, Editor.az