“Xocalı görüşü Ermənistan tərəfinin əsassız iddialarına ciddi zərbə vurdu”-Politoloqdan ŞƏRHbackend

“Xocalı görüşü Ermənistan tərəfinin əsassız iddialarına ciddi zərbə vurdu”-Politoloqdan ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan parlamentinin sədri, eləcə də baş naziri Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarını impravizə edərək təqdim edir”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Oqtay Qasımov bildirib.

Onun sözlərinə görə, Azərbaycanın qarşısında hər hansı tələb qoyulmayıb:

“Sadəcə ölkəmizdən həmin bölgədə müəyyən tədbirlərin görülməsi istənilib. Bunlara nəqliyyatla humanitar yüklərin sərbəst daşınması və digər məsələlər daxildir. Aksiyaların keçirildiyi 81 gün ərzində 3 mindən artıq yük maşını Ermənistan ərazisindən Qarabağa keçirilib. Ermənistan daxili auditoriyaya hesablanmış açıqlamalarla gərginliyi azaltmaq niyyəti güdür. Laçın yolunda keçirilən aksiyalarla bağlı Azərbaycana kifayət qədər ciddi təzyiqlər var. Fransa və Ermənistanın digər yaxın tərəfdarlarından bunu tez-tez eşidirik”.

Politoloqun fikrincə, Münxen Təhükəsizlik Konfransında da Azərbaycan dövlət başçısı ölkəmizin mövqeyini birbaşa bəyan etdi:

“Heç bir “blokada”dan söhbət getmədiyini və humanitar məqsədlərlə keçən maşınların sayını göstərməklə məsələnin həqiqətə uyğun olmadığını isbatladı. Azərbaycan parlament üzvünün nümayəndə heyəti dünən Qarabağda erməni nümayəndələri ilə keçirdiyi görüşdə Ermənistan tərəfinin əsassız iddialarına xeyli dərəcədə ciddi zərbə vurmuş oldu. Bununla da ölkə başçısı Münhen Konfransında da bəyan etdiyi kimi Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyinə təminat verməyə hazır olduğunu bir daha nümayiş etdirdi. Bu görüşdə qəti şəkildə bildirildi ki, kənardan bölgəyə ezam olunmuş heç bir şəxslə müzakirələr aparılmayacaq. Bütün danışıqlar yalnız Qarabağ ərazisində doğulmuş şəxslərlə baş tutacaq. Dünənki görüşdə iştirak edən nümayəndə də elə Qarabağda dünyaya gəlmiş şəxs idi. Ermənistan və onun havadarlarından Azərbaycana təbliğat, informasiya və diplomatiya vasitəsilə təzyiqlər ediləcək. Bunlar bir qədər arta bilər, amma rəsmi Bakı öz məqsədlərinə doğru fəaliyyətindən geri dönməyəcək”.

//Safura Bənnayeva, Editor.az