“Xocalı qətliamı Azərbaycan tarixinin faciəvi səhifələrindən biridir” – Britaniya XİNbackend

“Xocalı qətliamı Azərbaycan tarixinin faciəvi səhifələrindən biridir” – Britaniya XİN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Krallıq hökuməti Xocalı soyqırımının 30-cu ildönümü ərəfəsində bu faciəyə münasibət bildirib.

APA-nın London müxbirinin məlumatına görə, Parlamentin İcmalar Palatasının üzvü, Azərbaycan Qrupunun sədri Bob Blekmen tərəfindən hökumətə ünvanlanmış yazılı sualda hökumətin faciəyə münasibəti sorğu edilib.

Hökumətin mövqeyi Xarici İşlər nazirinin müavini, Avropa məsələləri üzrə dövlət naziri Kris Hiton-Harris tərəfindən təqdim edilib. Blekmenin sualına cavabında dövlət naziri Xocalı qətliamını Azərbaycan tarixinin faciəvi səhifələrindən biri kimi səciyyələndirib. O, Xocalı soyqırımının baş verdiyi dövrdə iqtidarda olmuş Birləşmiş Krallıq hökumətinin baş verənləri sərt şəkildə qınadığını xatırladıb. Dövlət naziri, həmçinin belə faciələrin gələcəkdə baş verməməli olduğunu vurğulayıb.