Xocalıdan sonra ikinci görüş: İnteqrasiya məsələsində əhəmiyyətli olacaq?-Deputatdan AÇIQLAMAbackend

Xocalıdan sonra ikinci görüş: İnteqrasiya məsələsində əhəmiyyətli olacaq?-Deputatdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələri ilə ikinci görüşün Bakıda keçirilməsini təklif edib. Bundan əvvəl keçirilən Xocalı görüşündə Qarabağ ermənilərinin inteqrasiya məsələsi gündəmi zəbt edən mövzu idi. Lakin müzakirə edilməmişdi.

Bu kimi görüşlərdə “nümayəndə” statusunda çıxış edən ermənilərin tutduğu mövqeni nəzərə alsaq əhəmiyyətli olacaqmı?

Məsələ ilə bağlı Editor.az-a açıqlama verən Milli Məclisin deputatı Arzu Nağıyev bildirib ki, Azərbaycan humanist addım ataraq ikinci görüşün keçirilməsinə müsbət yanaşıb:

“Lakin erməni tərəfinin mediada yaydığı məlumatlar da bir daha göstərir ki, onlar reinteqrasiya məsələsini qəbul etmir. Sadəcə həmin ərazilərdəki yataqlarda monitorinqin keçirilməsi və bu istiqamətdə danışıqlara gedə biləcəklərini açıqlamışdılar. Əsas məqam ondan ibarətdir ki, bu ikinci görüşün baş tutmasını Ermənistan istəmir. Çünki həmin prosesdən sonra təxribatların törədilməsi, digər alternativ yolla silah-sursatın daşınması məsələsi gündəmə gəldi. Qondarma qrupun rəhbəri, başda separatçı Arayik Artunyan olmaqla, digər nümayəndələr də bu görüşdə “tərəf” kimi çıxış etmək istəyirdilər. Buna görə də həmin görüşün baş tutub-tutmaması sual altındadır. Biz nümayəndə kimi Azərbaycan Konstitusiyasını pozmayan və hərbi cinayətlərdə əli olmayan erməni icmasının üzvlərini görə bilərik. Biz humanist addımlarımızı atmaqda davam edirik. Bu görüşə hər hansı beynəlxalq səviyyədə status vermək məqsədəuyğun deyil və heç bir statusdan söhbət gedə bilməz”.

//Safura Bənnayeva, Editor.az