“Xocalımız azaddır, ancaq Xocalı soyqırımı heç vaxt unudulmayacaq”- Millət vəkilibackend

“Xocalımız azaddır, ancaq Xocalı soyqırımı heç vaxt unudulmayacaq”- Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Xocalı soyqırımı bəşər tarixinin qanlı səhifəsidir. 26 fevral 1992-ci il 366-ci alayın dəstəyi ilə ermənilərin Xocalıda azərbaycanlılara qarşı etnik təmizlənmə aparıldığı, hərbi cinayətlərin törədildiyi gündür. Xocalı soyqırımı dünya səviyyəsində faciə günü kimi tanınır və hər il bu hadisəni soyqırım kimi tanıyan ölkələrin sayı genişlənir. Bu gün Azərbaycan öz torpaqlarını işğaldan azad edib. xocalıların qanı yerdə qalmadı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər ordumuz erməni cəlladları torpaqlarımızdan siçan kimi qaçmağa məcbur etdi”.

Bunu Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, Xocalı soyqırımı törədənlərin, torpaqlarımızın işğal edilməsində iştirak edənlərin və Konstitusiya quruluşunu pozmaq istəyənlərin bir hissəsi Bakıda ittiham olunurlar:

“Təəssüf ki, Koçaryan, Sarkisyan və digərləri gizlənərək qaça bilib və azadlıqdadır. Amma onların da törətdiyi cinayətlərə görə ittiham kürsüsünə çıxarıldığı günün də şahidi olacağıq. Bu gün Xocalı və digər erməni işğalı altında olmuş ərazilər azaddır. “Böyük Qayıdış”a dair Dövlət proqramı uğurla icra olunur və xalqımız öz doğma yurdlarına qayıdırlar. O cümlədən, xocalılar da Xocalıya qayıdaraq yenidən öz doğma yurdlarında həyatlarına davam etməyə başlayıblar. Həm də Dövlət Başçımızın tapşırığı ilə Xocalıda Xocalı soyqırımı abidəsi ucalır. Xocalıda ucalan soyqırım abidəsi erməni cinayətlərinin əbədi olaraq tarixə həkk olunması olacaqdır. Düzdür, Xocalımız azaddır və xocalılar öz yurdlarına qayıdıblar, amma Xocalı soyqırımı heç vaxt unudulmayacaq. Bəli, dünya ölkələrində Xocalıya ədalət kampaniyası çərçivəsində tədbirlər keçirilməkdə davam olunur. Çalışacağıq ki, beynəlxalq ictimaiyyət Xocalı soyqırımına hüquqi qiymətin verilməsini gündəmə gətirsin. Erməni cinayətləri unudulmur və unudulmayacaq. Bu gün Azərbaycanın tarixində qanlı səhifələr olduğu kimi qələbə sevincimizi yaşayan səhifələrimiz də yazılıb. Bəli, bu günki qələbə səhifələrini yazan Ali Baş Komandan, Müzəffər Ordumuz və xalqımızdır. Dövlət başçımızın rəhbərliyi altında formalaşmış “Dəmir yumruq” günü-gündən möhkəmlənərək xalqımızın və ölkəmizin əbədi təminatçısına çevrilmişdir”.

//Gülnarə Abasova, Editor.az