Xocavənd istiqamətində Azərbaycan Ordusu düşmən üzərində üstünlüyə malikdir – MNbackend

Xocavənd istiqamətində Azərbaycan Ordusu düşmən üzərində üstünlüyə malikdir – MN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəbhənin cənub sahəsində Azərbaycan Ordusunun guya 3 tankının vurulması barədə Ermənistan tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil və tamamilə yalandır. 

Bu barədə Milli.Az-a Müdafiə Nazirliyindən bildirilib.

Vurğulanır ki, cəbhənin Xocavənd istiqamətində Azərbaycan Ordusu düşmən üzərində taktiki, atəş və ərazi üstünlüyünə malikdir. Düşmən ordusu mənəvi və psixoloji baxımdan əzilmiş vəziyyətdə olduğu üçün qarşı tərəf mediada bu cür əsassız xəbərlər yaymaq məcburiyyətindədir.