Xocavənddə əməliyyat: Həbs olunan var – Fotobackend

Xocavənddə əməliyyat: Həbs olunan var – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xocavənd rayon polis şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş ərazilərində nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Noyabr ayının 6-da saat 3 radələrində Xocavənd rayon polis şöbəsinin əməkdaşları tərəfindən Məmməddərə kəndi ərazisindəki stasionar postda “Shacman” markalı avtomobilin sürücüsü İsmayıl İsmayılova “saxla” işarəsi verilib.

Nəqliyyat vasitəsinə məyyən edilmiş qaydada baxış keçirilib, bu zaman avtomobilin yük yerindən 7 ton dəmir məmulatları və 2 baş heyvan aşkar edilib.

Faktla bağlı Xocavənd rayon polis şöbəsində araşdırmalar aparılır.