Xorvatiya 2023-cü ildə avroya keçirbackend

Xorvatiya 2023-cü ildə avroya keçir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xorvatiya 1 yanvar 2023-cü ildən avroya keçir. Editor.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, bu barədə Avroqrupun sədri və İrlandiyanın maliyyə naziri Paskal Donoqu məlumat verib. O qeyd edib ki, Xorvatiya avroya keçmək üçün bütün kriteriyalara artıq cavab verir.

Gələn həftə Brüsseldə keçiriləcək Aİ Liderlər Sammitində Xorvatiyanın avroya keçidinin təsdiqlənməsi gözlənilir.

Qeyd edək ki, Avropa İttifaqı 1999-cu ildə təsis olunub. 2002-ci ildən sonra isə ittifaqa daxil olan ölkələr avro məzənnədən istifadə edir. Onu da qeyd etmək lazımdır ki, avro dünyada dollardan sonra ikinci çox istifadə edilən valyutadır.

//Nəzərbəy Hacıağayev, Editor.az