“Xorvatiya hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb”-ŞƏRHbackend

“Xorvatiya hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanla Xorvatiya arasında münasibətlər yüksək səviyyədədir”.

Bu sözləri Editor.az-a Azərbaycan-Xorvatiya münasibətləri ilə bağlı danışarkən politoloq Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, 10 il bundan öncə Azərbaycan Prezidenti Xorvatiyaya rəsmi səfərə getmişdi: “Ondan sonra isə Azərbaycanla Xorvatiya arasında Zaqreb bəyannaməsi imzalanıb. Hər iki tərəf bu bəyannaməyə yüksək səviyyədə əməl edir.

Xorvatiya Cənub Qaz Dəhlizi ilə bağlı layihələrdə Azərbaycanın yanındadır. Bu 30 il işğal müddətində də Xorvatiya hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və dəstəkləyib. Azərbaycan nefti Xorvatiyaya da verilir. Bu fonda da bizim iqtisadi əlaqələrimiz çox yüksək səviyyədə inkişaf edir. Eyni zamanda, Xorvatiyanın Azərbaycanla viza ilə bağlı hər hansı problemi yoxdur. Bütün bunlar iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə inkişaf etdiyinin bariz nümunələridir”.

//Səbinə Hüseynli, Editor.az