Xorvatiya prezidenti: Krım bir daha Ukrayna olmayacaqbackend

Xorvatiya prezidenti: Krım bir daha Ukrayna olmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Krım heç vaxt Ukraynanın nəzarətinə qayıtmayacaq, çünki Rusiya müharibədə uduzmağa başlayarsa, nüvə silahından istifadə edəcək. Editor.az bildirir ki. bunu Xorvatiya prezidenti Zoran Milanoviç deyib.

O, mətbuat nümayəndələri ilə görüşündə Krımın ilhaqını Kosovonun Serbiyadan ayrılması ilə müqayisə edib: “Siz nə vaxt başa düşəcəksən ki, Serbiya və Rusiya eyni şey deyil? Təəssüf ki, bu, ağrılı fakt və təhlükədir”. Xorvatiya prezidentinin sözlərinə görə, beynəlxalq ictimaiyyət Kosovonu “ilhaq edib” və guya onu Serbiyadan alıblar.

“Eyni şey Krıma da aiddir. Krım bir daha Ukrayna olmayacaq. Almaniyanın aparıcı generalları belə deyirlər”, – Milanoviç deyib. Xorvatiya prezidenti öz fikrini əsaslandıraraq bildirib ki, “Rusiya nüvə silahına malik təhlükəli ölkədir” və ona görə də Serbiya və Kosovo məsələsində olduğu kimi Krımdan əl çəkməyəcək: “Siz serbləri dünyanın nüvə fövqəldövləti ilə müqayisə edirsiniz. Dəli emosiyalar və nifrət Avropanı böyük təhlükə qarşısında qoyur. Biz super güclə getdikcə daha da dərinləşirik. Onlar müharibəni uduzmağa başlayanda nə baş verər, bilirsinizmi? Nüvə silahlarından istifadə edəcəklər”, -Milanoviç bildirib.

  //Samir Qurbanov, Editor.az