Xorvatiyadan Ukraynaya yeni yardımbackend

Xorvatiyadan Ukraynaya yeni yardım

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı ölkəsi Xorvatiya Ukraynaya 14 helikopter göndərmək üçün hazırlıqlara başlayıb.

Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə Xorvatiyanın “Jutarnji List” qəzeti xəbər verib.

Bildirilir ki, bu yardıma 12 Mİ 8 MTV-1 tipli və 2 ədəd Mİ 8 T tipli helikopter daxildir. Anbarlarında lazımi texniki baxışdan keçən helikopterlər 10 gün ərzində hazır olacaq. Helikopterlər əvvəlcə Polşaya, sonra isə Ukraynaya çatdırılacaq.

Onu da qeyd edək ki, Xorvatiya hökuməti Ukraynaya hərbi dəstəyi “gizli” saxlayıb, baş nazir Andrey Plenkoviç isə noyabrda Ukraynaya 14 helikopter göndəriləcəyini bəyan edib.

//Safura Bənnayeva, Editor.az