Xoşqədəm canlı efirdə Tünzalənin ölüm xəbərini verdi, Mətanətin halı pisləşdi – VİDEObackend

Xoşqədəm canlı efirdə Tünzalənin ölüm xəbərini verdi, Mətanətin halı pisləşdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızının aparıcısı olduğu “Günaydın Azərbaycan” səhər şousunda qəhər dolu anlar yaşanıb.

Editor.az bizim.media-ya istinadən bildirir ki, aparıcı canlı efirdə Tünzalə Əliyevanın ölüm xəbərini eşidərək həmin dəqiqə verilişdə qonaq olan ifaçıların çıxışını yarıda dayandırıb.

T. Əliyevanın vəfatından dili-dodağı quruyan X.Hidayətqızı aktrisanın ailəsinə başsağlığı verib.

Bunu eşidən Mətanət Əsədova isə özünü pis hiss etdiyini söyləyərək, efiri yarımçıq tərk edib.

Qeyd edək ki, Tünzalə Əliyeva bu gün saat 12:00 radələrində müalicə olunduğu Milli Onkologiya Mərkəzində uzun sürən xərçəng xəstəliyindən 50 yaşında dünyasını dəyişib. Aktrisa sabah Qurd Qapısı qəbiristanlığında torpağa tapşırılacaq.