Xoşqədəm sirri açdı: vicdanını itirməmək…backend

Xoşqədəm sirri açdı: vicdanını itirməmək…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur aparıcı Xoşqədəm Hidayətqızı şəxsi həyatı ilə bağlı açıqlamları ilə diqqət çəkib.

Editor.az Teleqraf.com-a istinadla xəbər verir ki, Xoşqədəm Hidayətqızı sosial şəbəkə izləyicilərinin suallarını cavablandırıb.

– Əkizləriniz Türkiyədə yaşayırlar. Onlardan ayrı qalmaq çətindir?

– Təbii ki, çox çətindir. Türkiyədə məktəbə gedirlər.

– Niyə uşaqlarınız Azərbaycan məktəbinə getmirlər?

– Bu, artıq bizə aid olan məsələdir.

– Sizi daha çox nə xoşbəxt edir?

– Ailəm və işim.

– Sizə pislik edənlər çoxdur, soyuqqanlılığınızı necə qoruyursunuz?

– Dürüst, vicdanlı və özgüvənli insanlar ağıl və təmkinləriylə qalib olur.

– Sizin paxıllığınızı çəkməkdə səbəb nədir?

– Əgər sizi qısqanırlarsa, sevinin. Çünki uğurlu insanlar qısqanılır.

– Güclü olmağınızın səbəbi nədir?

– Özümə, sözümə və dürüstlüyümə güvənim.

– Gözəlliyinizin sirri nədir?

– Pisliklərdən uzaq olmağım. Ailəm, işim və idman sayəsində yaşa meydan oxuyuram.

– Uğurunuzun sirri nədir?

– Özün olmaq, vicdanını itirməmək, başqasının “kopya”sı olmamaq, kimsəni qısqanmadan çalışmaq…