Xoşqədəmdən etirazlara cavab: “Azərbaycanlı kişi ilə evlənsəydim…”backend

Xoşqədəmdən etirazlara cavab: “Azərbaycanlı kişi ilə evlənsəydim…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur aparıcı Xoşqədəm Hidayətqızı əkizlərinin türk dilində danışmasını tənqid edənlərə cavab verib.

Xoşqədəm Hidayətqızı İnstaqramda canlı yayım açaraq bu sözləri deyib:

“Uşaqlarım türkdürlər. Onlara necə deyə bilərəm ki, türk dilində danışmayın?! Türkiyədə beş gün qalıb, türk dilində danışmırıq ki. Bu uşaqlar Türkiyədə doğulublar, baba, nənə, bibi və müəllimləri türkdürlər. Hansı dildə danışacaqlar?! Türkiyəyə bağlılığı olmayan, oraya gedib beş-üç gün qalan insanlar türk dilində danışırlar. Əzizlərim, bu uşaqlar türkdür. Türkiyədə uşaq baxçasına gedirlər. Mən Ağdərədən, Azərbaycandan olan bir kişi ilə evli olsaydım, evdə türk dilində danışsaydım, uşaqlarım da türk dilində danışsaydı, siz iradınızda haqlı olardınız. Amma həyat yoldaşım türk olduğu və övladlarım türk məktəbinə getdikləri üçün türkcə danışırlar. Uşaqlarımın ikisi də atalarına bənzəyirlər”.

Aparıcı böyük oğlundan da danışıb: “Böyük oğlum mənimlə qalır. Evlənməyib, subaydır. Ailəmizdə ciddi qanun-qaydalar var. Kim harada gəldi qala bilməz. Ailə qurana qədər bizimlə yaşayacaq. Ailə qurduqdan sonra azaddır”.

Qeyd edək ki, Xoşqədəm Hidayətqızı türkiyəli müğənni Doğuş ilə evlidir. Cütlüyün Arda və Arın adlı əkiz övladları var.

//teleqraf.com