Xoşqədəmdən Zaurun onun haqda dediklərinə reaksiyabackend

Xoşqədəmdən Zaurun onun haqda dediklərinə reaksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu dəfə aparıcı Xoşqədəm Hidayətqızı illərdir küsülü olduğu həmkarı Zaur Baxşəliyevə barışıq addımı atıb.

Hidayətqızı bu haqda ötən gün ARB TV-də yayıma başlayan “Səni axtarıram” proqramında danışıb.

“İnsanın çətin günü olanda onun yanına gələn çox olar. Dost da, düşmən də sənin yanındadır. Amma xoş günündə gəlib, uğuruna sevinirsə, əsl dost odur. Bir insanın xoşbəxt, uğurlu anını həzm etmək hər ürək sahibinin işi deyil. Məni müdafiə edib, efirdən yoxluğumu qəbul etməyən insanlar oldu. ATV-də çalışan Zaura (aparıcı Zaur Baxşəliyev – red.) təşəkkür edirəm, dediyi fikirlərin səmimiyyətinə inanıram. Onun “Olmalısan, getmə, gəl” kimi gözəl fikirlərinə inanıram. Yoxluğumu qəbul etmirdi” deyə, Xoşqədəm bildirib.

Qeyd edək ki, Xoşqədəmlə Zaur illərdir küsülü idi. Z.Baxşəliyev bir müddət əvvəl verilişində X.Hidayətqızı ilə bağlı danışaraq, barışıq addımı atmışdı.