Xoşqədəmin verilişi də bağlanır?backend

Xoşqədəmin verilişi də bağlanır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ATV kanalında Zaur Baxşəliyevin verilişinin bağlanacağı haqda xəbərlərin ardınca Xoşqədəm Hidayətqızının aparıcısı olduğu “Səni axtarıram” verilişinin də (ARB kanalı) yayımının dayandırılacağı ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

Editor.az  xəbər verir ki, məsələ ilə bağlı Kult.az-a açıqlama verən ARB Media Qrupunun mətbuat katibi Mail Əsgərov bildirib ki, verilişin bağlanılması ilə bağlı iddialar əsassızdır.

“Bu şayiədir. Hər bir verilişin bağlanması ilə bağlı qərarın əsaslı səbəbləri olmalıdır. “Səni axtarıram” verilişinin bağlanılması üçün isə heç bir səbəb yoxdur. Verilişin yayımı zamanı hər hansı ciddi problem və efir səhvi qeydə alınmayıb”, – M.Əsgərov vurğulayıb.

Qeyd edək ki, tanınmış telejurnalist, ATV-nin “Bizimləsən” və “Zaurla Günaydın” verilişlərinin aparıcısı Zaur Baxşəliyev müəllifi olduğu proqramların bağlanacağını deyib. Məlumatı təsdiq edən ATV rəsmisi bildirib ki, verilişlərin bağlanması ATV-nin yayım siyasəti ilə yox, Zaur Baxşəliyevin ailəsi ilə birlikdə xaricə köçməyə hazırlaşması ilə əlaqəlidir.