Xoyda qarətçilərlə polislər arasında atışma olub, bir polis öldürülüb – FOTObackend

Xoyda qarətçilərlə polislər arasında atışma olub, bir polis öldürülüb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Güney Azərbaycanın Xoy şəhərində silahlı qarətçilərlə asayiş keşikçiləri arasında baş verən atışma nəticəsində polis çavuşu Rza Hacı Hüseynli öldürülüb.

“Azad İran” “Telegram” kanalının məlumatına görə, bunu Qərbi Azərbaycan əyalətinin polis idarəsinin rəisi Rəhim Cahanbəxş deyib.

Hadisə Xoy şəhərinin Zərabad bölgəsində baş verib.

Xatırladaq ki, yanvarın 28-də Xoy şəhərində güclü zəlzələ olub. Təbii fəlakət nəticəsində ölənlər və yaralananlar var. İran hökumətinin laqeydliyi nəticəsində yerli əhali soyuq havada küçədə gecələyir. Etirazlardan sonra dövlət rəsmiləri bölgəyə diqqət ayırmağa məcbur olublar. Güney Azərbaycanın bir çox şəhərindən və Xuzistandan ərəblər Xoy sakinlərinə yardım çatdırıblar. Tehran rejimi könüllülərin yardımlarının da çatdırlmasına mane olub.

Qeyd edək ki, İran rejimi Azərbaycan və Türkiyənin bölgəyə humanitar yardım göndərmək təklifindən imtina edib. Ancaq zəlzələdən 7 gün sonra Rusiya və Ermənistanın göndərdiyi yardımları qəbul edib.