Xristo Qrozev: “3-4 günə Kiyevi tutacağıq” deyənlər, indi məndən müharibənin nə vaxt bitəcəyini soruşurlarbackend

Xristo Qrozev: “3-4 günə Kiyevi tutacağıq” deyənlər, indi məndən müharibənin nə vaxt bitəcəyini soruşurlar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rus elitasında Ukraynadakı müharibə ilə bağlı mövqelər kəskin şəkildə dəyişib. Əvvəllər Kiyevin 3-4 günə alınacağına əmin olan insanlar, indi müharibənin nə vaxt bitəcəyini soruşurlarlar.

Editor.az bildirir ki, bu barədə “Bellingcat”ın araşdırmaçı jurnalisti Xristo Qrozev deyib. Jurnalistin fikrincə, Kreml elitası Rusiya diktatoru Vladimir Putinin arxasından Qərblə Ukraynada sülh danışıqları aparmağa çalışır.

“Əvvəla, mən müharibənin vaxtını soruşanda, onlar (Putinin ətrafı) üç-dörd günə Ukraynanın ələ keçirilməsindən danışdılar. Sonra dedilər ki, müharibə uzansa da qələbəsiz getməyəcəklər. Daha sonra dedilər ki, Rusiyanın sonu olsa belə Ukraynanı tərk etməyəcəklər. İndi isə müharibənin nə vaxt bitəcəyini soruşurlar?”, – deyə Qrozev bildirib.

Tədqiqatçı vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələri “dünyanın ikinci ordusu” mifini ifşa edib, işğalçı qüvvələr isə ukraynalı əsgərlərin peşəkarlığına səmimi qəlbdən həsəd aparır. Bunu bir rus təhlükəsizlik məmurunun poçt qutusunun məzmunu da təsdiqləyir: “Onlar (işğalçılar) Putinlə zarafatlaşır, Ukrayna Silahlı Qüvvələrini tərifləyir və deyirlər: “Kaş ki, bizdə də belə bir şey olaydı. Amma bizdə hər şey qarmaqarışıqdır”, – Qrozev qeyd edir.

//Samir, Editor.az