Rusiya Federasiyasının prezidenti Vladimir Putinin yaxın ətrafı onun ölməsini istəyir.
Bu barədə Editor.az Bellingcat-ın araşdırmaçısı Xristo Qrozevə istinadən xəbər verir. “Bu yaxınlarda mən həmkarlarımla Putinə çox yaxın olan bir oliqarxın söhbətinin səs yazısına qulaq asdıq. Söhbətdə o başqa bir oliqarxa “kaş ki o, bundan öləydi (burada hansısa xəstəlik nəzərdə tutulur), çünki bizi məhv edir, Ukraynanı məhv edir, Rusiyanı məhv edir”-deyir. Bax, onlar belə düşünürlər, və bu, həqiqətən belədir, – Qrozev bildirib. Qrozevi sözlərinə görə, Putinin ətrafı onu aradan götürmək yollarını nəzərdən keçirir və yaxınları ölən və ya yoxa çıxan hər bir general və ya polkovnik bunun mümkün icraçısı ola bilər. Daha əvvəl xəbər verildiyi kimi, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi bəzi rus oliqarxlarının Rusiya prezidenti Vladimir Putinin fiziki olaraq aradan götürülməsi imkanlarını müzakirə etdiyini bildirmişdi.
Rusiyanın böyük biznesinin nümayəndələri indi güc blokundan diktatora və ya onun yaxın ətrafına təsir imkanlarını axtarırlar. Amma bu, Putinin ciddi təcriddə olması və praktiki olaraq heç kimin ona yaxın buraxılmaması ilə çətinləşir. İlk növbədə, onun “etibarsız” hesab etdiyi oliqarxlar.
Editor.az

