XTQ komandanı vəzifəsinin icrası Akif Pirverdiyevə tapşırılıbbackend

XTQ komandanı vəzifəsinin icrası Akif Pirverdiyevə tapşırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xüsusi Təyinatlı Qüvvələrin komandanı vəzifəsinə icraçı təyin edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Əmrə əsasən, XTQ komandanı vəzifəsinin icrası general-mayor Akif Pirverdiyevə həvalə edilib.

A.Pirverdiyev 44 günlük Vətən Müharibəsində iştirak edib. Prezidentin sərəncamı ilə “Zəfər” ordeni ilə təltif olunub.

Qeyd edək ki, A.Pirverdiyev XTQ-də xidmət edib. O, daha öncə bu qoşun növündə komandanın Maddi Texniki Təminat üzrə müavini olub. Sonradan XTQ-nin Qərargah rəisi vəzifəsinə yüksəlib.

Xatırladaq ki, Xüsusi Təyinatlı Qüvvələrin əvvəlki komandanı general-leytenant Hikmət Mirzəyev idi. Vətən Müharibəsi Qəhrəmanı bir müddət əvvəl müdafiə nazirinin müavini – Quru Qoşunların Komandanı təyin edilib.