Xuliqanlıqda ittiham olunan MMA idmançılarına hökm oxundu: Dördünə həbs, birinə cərimə kəsildibackend

Xuliqanlıqda ittiham olunan MMA idmançılarına hökm oxundu: Dördünə həbs, birinə cərimə kəsildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xuliqanlıqda ittiham olunan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri – Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov, Tofiq Musayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA xəbər verir ki, Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə müşavirədən sonra hökm elan olunub.

Hökmə əsasən, Xəzər Rüstəmov, Rüfət Əsədov və Ruslan Əfəndiyev, Vüqar Kərəmovun hər biri 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Tofiq Musayev isə 1 500 manat miqdarında cərimə edilib.