Xurşidbanu Natəvanın Fransanın Evian-les-Bains şəhərindəki abidəsi söküləcək?backend

Xurşidbanu Natəvanın Fransanın Evian-les-Bains şəhərindəki abidəsi söküləcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanlı şairə Xurşidbanu Natəvanın Fransanın Evian-les-Bains şəhərindəki abidəsinin sökülməsi nəzərdə tutulmayıb.

Editor.az bildirir ki, bunu Cenevrə gölünün sahilindəki kurortun rəhbərliyi deyib. “Bildiyiniz kimi, Natəvan abidəsinə qarşı vandalizm aktı törədilib, üzərinə qırmızı boya töküblər, heykəlin burnunu sındırıblar.

Bu əraziyə məsul olan şəhər xidmət əməkdaşlarımız abidəni qorumaq üçün onu qoruyucu örtüklə örtüblər. Abidənin sökülməsi, ondan yaxa qurtarmaq fikrimiz olmayıb və yoxdur da. Bu mövzu heç vaxt müzakirə olunmayıb”, – Merin müavini Christelle Auclair deyib.

Xatırladaq ki, abidə 2017-ci ildə açılıb və ötən ilin dekabrında vandalizmə məruz qalıb. Cinayətkarlar hələ də müəyyən edilməyib.

//Samir Qurbanov, Editor.az