“Bir ay ərzində Rusiya tərəfi mühasirəyə alınmış silahlı birləşmələri silahı yerə qoymağa inandırmağa çalışdı. Bu, heç bir ciddi nəticə vermədi. Ona görə də, xüsusi əməliyyatlar yeni səviyyəyə qədəm qoyur”.
Bu fikirləri “Rossiya 1” telekanalının efirində Qondarma Luqansk Xalq Respublikasının xarici işlər nazirinin köməkçisi Rodion Miroşnik səsləndirib:
“Ukraynada əməliyyatın yeni mərhələsi başlayıb. Yəni “Xəncər”in ilk atışı eşidiləndə, “Bastion” işə düşəndə, digər raket sistemləri işə salınanda aviasiya da fəallaşır. İndi onların olacağından danışırıq” – deyə Rodion Miroşnik vurğulayıb.
Miroşnik xatırladıb ki, bir aya yaxın Ukrayna hərbçilərinə mühasirədən çıxmaq və silahlarını yerə qoymaq imkanı verilib:
“Düşünürəm ki, artıq bu gün hər şey bitdi. Deməli bu, bütün günü Donetskə zərbə endirən qrupa lazım olan növbəti addımdır” – Miroşnik bildirib.
Kanal.az

