“Xüsusi hərbi əməliyyat” bu il başa çatacaq – “Axmat” xüsusi təyinatlı qüvvələrinin komandiri Aptı Alaudinovbackend

“Xüsusi hərbi əməliyyat” bu il başa çatacaq – “Axmat” xüsusi təyinatlı qüvvələrinin komandiri Aptı Alaudinov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukrayna ərazisindəki hərbi əməliyyatları 2024-cü ilin sonuna qədər başa çata bilər.

Editor.az xəbər verir ki, bunu “Axmat” xüsusi təyinatlı qüvvələrinin komandiri Aptı Alaudinov “İzvestiya”ya müsahibəsində etiraf edib. O, söz verib ki, bölməsinin əsgərləri bu məqsədə çatmaq üçün “hər şeyi edəcəklər”: “Hesab edirəm ki, həm düşmən, həm də biz bu gün həlledici döyüşümüzə hazırlaşırıq.

Xüsusi əməliyyatın bu il başa çatdırılması üçün hər şeyi edəcəyik. Düşünürəm ki, “XHƏ” bu il başa çatacaq”, – deyə Alaudinov bildirib. Onun sözlərinə görə, əməliyyat şəraiti Rusiya ordusunun nəzarəti altındadır və Rusiya Silahlı Qüvvələrini tezliklə Ukrayna ordusunun bölmələri ilə həlledici toqquşmalara girəcək.

Alaudinov qeyd edib ki, Müdafiə Nazirliyi “xüsusi əməliyyat”ı başa çatdırmaq üçün Ukrayna ordusunun mövqelərini və resurslarını hesablayır: “Düşünürəm ki, biz hər şeyi məntiqi nəticəyə çatdıracağıq. İndi biz təkcə Rusiya üçün deyil, həm də bizi məğlub etmək qərarına gələn və buna qadir olmadığını bir daha anlayan kollektiv Qərb üçün həlledici döyüşlərin olacağı ana yaxınlaşırıq”, – Aptı Alaudinov bildirib.

//Samir Qurbanov, Editor.az