“Xüsusi Hərbi Əməliyyat”ın məqsədlərinə nail olmaq” üçün rus qoşunları yenidən Kiyevə çatmalı olacaq – Dmitri Medvedevbackend

“Xüsusi Hərbi Əməliyyat”ın məqsədlərinə nail olmaq” üçün rus qoşunları yenidən Kiyevə çatmalı olacaq – Dmitri Medvedev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib ki, “Xüsusi Hərbi Əməliyyat”ın məqsədlərinə nail olmaq” üçün rus qoşunları yenidən Kiyevə çatmalı olacaq – “indi olmasa, bir müddət sonra” və Rusiya artıq “Odessanı gözləməkdən yorulub”.

Editor.az bildirir ki, bu sözləri Medvedev Rusiya mətbuatına müsahibəsində deyib. “Harada dayanmalıyıq? Bilmirəm. Düşünürəm ki, dediklərimi nəzərə alsaq, biz hələ çox və ciddi işləməliyik. Kiyev olacaqmı? Bəli, yəqin ki, Kiyev olmalıdır. İndi deyilsə, bir müddət sonra, bəlkə də, bu münaqişənin inkişafının hansısa başqa mərhələsində”. Medvedevin fikrincə, bunun iki səbəbi var.

Birincisi, Kiyevin guya “Rusiya şəhəri” olması, ikincisi isə onun “Rusiya Federasiyasının mövcudluğuna beynəlxalq təhlükə yaratdığı” iddiasıdır. Çünki Kiyev guya Amerika Birləşmiş Ştatları başda olmaqla “Rusiya əleyhdarlarının beynəlxalq briqadası tərəfindən idarə olunur”. “Deməli, bəli, bu Kiyev ola bilər”, Medvedev deyib. O, həmçinin əlavə etdi ki, “Rusiya Federasiyası Odessanı gözləyir”.

“Odessa, evinə qayıt. Biz Rusiya Federasiyasında Odessanı gözləyirik. Hətta bu şəhərin tarixinə, orada yaşayan insanların növünə, danışdıqları dilə görə – bu Rusiyanındır, bizim rus şəhəridir”.

//Samir Qurbanov, Editor.az