ABŞ prezidenti Co Bayden planlaşdırılmamış müraciətlə çıxış edib.
O, xüsusi prokuror Robert Hurun bir gün əvvəl dərc olunmuş və cənab Baydeni məxfi sənədləri saxlamaqda ittiham etməmək qərarına gələn hesabatını şərh edib.
Prokuror göstərdiyi səbəblər arasında prezidentin qocalığı və yaddaş problemlərini qeyd edib. Bu isə Co Baydeni qəzəbləndirib. “Yaddaşım yaxşıdır. Orada (xüsusi prokurorun məruzəsində) qeyd olunur ki, guya mən oğlumun nə vaxt öldüyünü xatırlamıram.
O, bunu necə gündəmə gətirir?… Mən yaxşı niyyətli adamam, mən yaşlı adamam, lakin nə etdiyimi bilirəm. Mən prezidentəm və bu ölkəni ayağa qaldırıram. Baxın, prezident olandan bəri nələr etmişəm”, – deyə Bayden Ağ Evdə çıxışı zamanı qeyd edib.
//Samir Qurbanov, Editor.az

