Xüsusi zolaqlara icazəsiz daxil olan sürücülər 40 manat cərimələnəcəklərbackend

Xüsusi zolaqlara icazəsiz daxil olan sürücülər 40 manat cərimələnəcəklər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda yaradılan xüsusi zolaqlara icazəsiz daxil olan avtomobillər cərimələnəcək.

Editor.az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov deyib.

Polis polkovniki bildirib ki, hazırda paytaxtın Mikayıl Hüseynov küçəsi ilə mərkəzə doğru avtobusların sərbəst hərəkəti üçün zolaq təşkil edilib: “Həmin zolaqlarda müvafiq yol nişanları quraşdırılıb. Bu zolaq yalnız ictimai nəqliyyatın hərəkəti üçün nəzərdə tutulub. Paytaxtın on küçə və prospektində belə zolaqların yaradılması planlaşdırılır. Zolaqlara digər avtomobillərin daxil olması qadağandır. Əks halda həmin avtomobillər məsuliyyətə cəlb olunacaq. Bu inzibati xəta tərkibi yaradır. Sürücülərdən xahişimiz budur ki, inzibati xəta tərkibi yaranmaması üçün həmin zolaqlara daxil olmasınlar və avtobusların maneəsiz hərəkətinə şərait yaratsınlar”.

Vaqif Əsədov deyib ki, zolağa icazəsiz daxil olan digər nəqliyyat vasitələri yol boyu quraşdırılmış texniki vasitələr və ərazidə xidmət aparan yol-patrul xidməti əməkdaşları tərəfindən aşkar edilərək məsuliyyətə cəlb olunacaq. Xüsusi zolağa icazəsiz daxil olan avtomobil sürücüləri 40 manat cərimə ediləcək.