Ya bütün dünyanı bürüyəcək böyük müharibə başlayacaq, ya da böyük sülh gələcək – Türkiyə XİN rəhbəri Hakan Fidanbackend

Ya bütün dünyanı bürüyəcək böyük müharibə başlayacaq, ya da böyük sülh gələcək – Türkiyə XİN rəhbəri Hakan Fidan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada danimarkalı həmkarı Lars Rasmussenlə görüşündən sonra keçirilən birgə mətbuat konfransında çıxış ediblər.

“Bütün bəşəriyyət Qəzzada yol ayrıcındadır. Ya bütün dünyanı bürüyəcək böyük müharibə başlayacaq, ya da böyük sülh gələcək. Türkiyə sülhə üstünlük verir”, – Hakan Fidan deyib.

Editor.az bildirir ki, bu barədə Türkiyənin “Anadolu” agentliyi xəbər verib. Türkiyənin xarici işlər naziri oktyabrın 7-dən münaqişənin bütün tərəfləri ilə əlaqə saxladığını, həmçinin regionun bir çox ölkələrinə səfər etdiyini və telefon danışıqları apardığını xatırladıb. İsrail-Fələstin münaqişəsi başlayandan bəri çoxlu telefon danışıqları aparıldığını bildirən Fidan bu söhbətlər nəticəsində formalaşan fikirlərini bildirib: “Tərəflər zorakılıqdan əl çəkməsə, bütün dünya bu münaqişəyə cəlb olunacaq. Nazir əlavə edib ki, Türkiyə problemin həlli üçün bütün tərəflərini sağlam düşüncədən istifadə etməyə dəvət edib.

//Samir Qurbanov, Editor.az