Hazırda davam edən yağışla əlaqədar Bakıda bəzi ərazilərdə su yığılması halları müşahidə olunur.
Editor.az xəbər verir ki, bunu Trend-ə açqlamasında Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev deyib.
O bildirib ki, yaranmış vəziyyət nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaradır. Sürücülərə belə ərazilərdən keçərkən diqqətli olmalarını tövsiyə edilir.


