Monteneqronun keçmiş iqtisadiyyat naziri Yakov Milatoviç aprelin 2-də keçirilən prezident seçkilərinin ikinci turunda ölkənin hazırkı prezidenti, 30 ildən artıqdır hakimiyyətdə olan Milo Cukanoviçi məğlub edərək qalib gəldiyini elan edib.
“Europe Now” rəhbərinin müavini, qərbdə təhsil almış 37 yaşlı Milatoviç seçki kampaniyasında seçicilərə korrupsiyanın qarşısını almağa, həyat səviyyəsini yaxşılaşdırmağa, Avropa İttifaqı və qonşu Serbiya ilə əlaqələri gücləndirməyə, eləcə də növbəti beş il ərzində Monteneqronu Avropa Birliyinə daxil edəcəyinə söz verib.
//Samir Qurbanov,Editor.az

