“Yalnız bu problemlərin həllindən sonra iki ölkə arasında sülh müqaviləsi yaxınlaşa bilər”-  ŞƏRHbackend

“Yalnız bu problemlərin həllindən sonra iki ölkə arasında sülh müqaviləsinin imzalanma tarixi yaxınlaşa bilər”-  ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Arxiyepiskop Baqrat Srbazanın iyunun 9-da təşkil etdiyi etiraz mitinqi Nikol Paşinyana qarşı son çıxışların da uğursuz nəticələndiyini xəbər verir. Əslində dünən Baqrat uduzduğunu etiraf edərək siyasi səhnədən uzaqlaşmasını elan etməli idi. Çünki bu mitinqlərin qarşıya qoyulan məqsədlərə çata bilmədiyi artıq Ermənistanda hamıya məlumdur. Arxiyepiskop isə Paşinyan 4 gün daha vaxt verməklə siyasi səhnədə qalacağı vaxtı bir qədər uzatdı”.

Bu fikirləri Editor.az-a açıqlamasında Bakı Dövlət Universitetinin professoru, politoloq Əlimusa İbrahimov deyib.

Onun sözlərinə görə, Ermənistandakı son hadisələr hakimiyyət dəyişikliyinə gətirib çıxartmadı və Nikol Paşinyan bu qarşıdurmadan da qalib çıxdı:

“Baş Nazir qalib olmaqla kifayətlənmədi, hətta öz mövqelərini bir qədər də gücləndirdi. Amma onun bu səviyyədə güclənmiş mövqeyi Azərbaycanın tələb etdiyi Konstitusiya dəyişikliklərinə getməyə kifayət edəcəkmi? Düşünürəm ki, hazırda bu bir qədər çətin görünür. Çünki Konstitusiya dəyişiklikləri təkcə Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları deyil, eyni zamanda, Türkiyəyə qarşı əsassız “genosid” məsələsini də özündə ehtiva edir. Hazırki erməni cəmiyyəti Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından və 100 -dən artıq uğrunda mübarizə apardıqları ümumerməni ideyasından əl çəkməyə hazırdırmı? Təbii ki, bu, belə deyil. Məhz buna görə də qısa müddətdə- bu ilin sonuna qədər Ermənistan Konstitusiyasında qeyd olunan dəyişikliklərin edilməsi gözlənilmir. Bununla da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son çıxışlarının birində bəyan etdiyi kimi “sülh müqaviləsi” bunsuz mümkün deyil.  Amma vəziyyət heç də çıxılmaz deyil. Ortada Zəngəzur dəhlizi məsələsi var. Bu problemin həll edilməsi, düşünürəm ki, iki ölkə arasında münasibətləri inkişaf etdirə və sülh müqaviləsini yaxınlaşdıra bilər.

//Gülnarə Abasova, Editor.az