Nigeriyanın şimalındakı Ciqava əyalətində yanacaq daşıyan maşının partlaması nəticəsində azı 94 nəfər ölüb, 50 nəfər yaralanıb.
Editor.az bildirir ki, bu barədə CNN yerli polisə istinadən xəbər verir. Qəza dünən – oktyabrın 15-də Madjia şəhərində baş verib. Yanacaq daşıyan tankerin sürücüsü idarəetməni itirib, tanker aşıb və yanacaq drenaj arxına tökülüb.
İnsanlar qəza yerinin ətrafına toplaşdıblar ki, bu da kütləvi insan tələfatına səbəb olub. “Biz narahatıq ki, polisin xəbərdarlığına baxmayaraq, insanlar qəzaların baş verdiyi yerin yaxınlığında toplaşmaqda davam edir”, – deyə Ciqava polisinin sözçüsü “Van guard”a mühafizəçisinə deyib.
//Samir Qurbanov, Editor.az

