“Yanacaq məhsullarında qiymət artımının ən münasib vaxtı məhz yay aylarıdır, çünki…”- İqtisadçıdan AÇIQLAMAbackend

“Yanacaq məhsullarında qiymət artımının ən münasib vaxtı məhz yay aylarıdır, çünki…”- İqtisadçıdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Aİ-92 markalı benzinlə, dizel yanacağının qiymətinin artmasının seçkilərlə heç bir əlaqəsi yoxdur. Bu, bilavasitə Heydər Əliyev adına Bakı Neft Emalı zavodunda modernləşdirmə, yenidənqurma işləri artıq başa çatıb. Məqsəd isə ölkədə “Avro-5″ standartlarına uyğun yanacaq istehsal etməyə nail olmaq idi”.

Bu fikirləri Editor.az-a açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov deyib.

Onun sözlərinə görə, keçən ildən etibarən Bakı Neft Emalı zavodunda “Avro-5” standartına uyğun dizel yanacağının, bu ilin iyun ayından etibarən isə “Aİ-92″ markalı benzinin istehsalına başlanılıb:

” Eyni zamanda, indiyə qədər Aİ-95 markalı benzin ölkəmizə xaricdən gətirildisə, indi ölkədə adı çəkilən zavodda istehsalına başlanılıb. Bununla əlaqədar isə istehsal olunan yanacağın “Avro-5″ standartlarına uyğun çatdırılması ilə bağlı olaraq istehsal xərcləri yüksəlmiş maya dəyəri əvvəlkinə nisbətən qalxmışdır. Ona görə də onların tariflərinə baxmaq zərurəti yarandı. Ancaq bu, təkcə qeyd olunan səbəblə əlaqədar deyil. Digər səbəblərdən biri də Avropanın inkişaf etmiş ölkələrində dizel yanacağı və Aİ-92 markalı benzindən istifadənin azalmasıdır. Bir çox ölkələr isə bu benzindən istifadəyə ekologiyaya ziyan olduğu üçün ümumiyyətlə məhdudiyyət qoyub. Bu məsələ bizim ölkəmizdə də nəzərə alınır. Əsas çıxış yolu kimi isə həmin növ yanacaq məhsullarının qiymətləri qaldırılır, əvəzində isə Aİ-95 markalı benzinin qiyməti aşağı salınır. Paralel olaraq isə ölkədə elektromobillərdən istifadə genişlənir.

Yanacaq məhsullarının qiymətinin qalxmasının ən münasib vaxtı məhz ilin ortası, yay aylarıdır. Çünki yay mövsümündə istehlak qiymətlərində durğunluq müşahidə olunur. Odur ki, yanacaq məhsullarının qiymətinin artması bazara dərhal təsir etmir. Bu nöqteyi-nəzərdən bundan əvvəlki illərdə də yanacağın qiyməti hər zaman yayın birinci ayında artıb. Qarşıda keçiriləcək seçkilərin bununla əlaqəsi yoxdur, əksinə qiymət artımı seçkidən sonraya qalsaydı, bu bazarda ən çox istifadə olunan istehlak məhsullarının qiymətlərinə daha tez təsir göstərə bilərdi”.

//Gülnarə Abasova, Editor.az