Yanğına bir neçə saat qalmış çəkdirdikləri şəkli paylaşdıbackend

Yanğına bir neçə saat qalmış çəkdirdikləri şəkli paylaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dünyanın tərsinə çevrilməsindən bir neçə saat əvvəlki son şəkilimiz. Bu gün isə məzarın başında idim”.

Bu sözləri noyabrın 21-də Yasamalda baş verən yanğında həlak olan Samir Məmmədovun həyat yoldaşı Marta Ramazanova öz “Facebook” hesabında yazıb.

O, həyat yoldaşının ölümündə günahı olanlara səslənib: “Daha neçə tapdalanmış həyata ehtiyacınız var ki, doyasınız?

Bu ölümlərin günahkarı sizsiniz və bunu çox yaxşı bilirsiniz”,- deyə o bildirib.

Xatırladaq ki, noyabrın 21-də Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Hadisə zamanı 3 nəfər həlak olub, 27 nəfər isə tüstüdən zəhərlənərək xəstəxanaya aparılıb.

Musavat.com