Yanğından qurtuldular, ancaq elektrik cərəyanı öldürdü – Şəmkirdə FACİƏbackend

Yanğından qurtuldular, ancaq elektrik cərəyanı öldürdü – Şəmkirdə FACİƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəmkirdə bədbəxt hadisə baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Düyərli kəndində qeydə alınıb.

Kənd ərazisində 2008-ci il təvəllüdlü Pərvin Habil qızı Nəsibovanı və 1993-cü il təvəllüdlü Hümbət İkram oğlu İsmayılovu elektrik cərəyanı vuraraq öldürüb.

Məlumata görə, səhər saat 8 radələrində həmin evdə yanğın olması ilə bağlı məlumat daxil olub. Müvafiq qurumun əməkdaşları hadisə yerinə gedərək yanğını söndürüblər. Bundan sonra adıçəkilən şəxslər evdə təmizlik işləri aparan zaman bədbəxt hadisə baş verib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.